• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Polşa Ottava Konvensiyasından çıxa bilər

DÜNYA

24 May 2024 | 14:32 | Müəllif: Gülşən Şərif

Polşa Ottava Konvensiyasından çıxa bilər

"Ottava Konvensiyasından çıxmağın və anbarlarımızı piyada əleyhinə minalarla doldurmağın tərəfdarıyam".

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bunu Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Zalevski deyib.

O, hökuməti Ottava Konvensiyasıdan çıxmağa çağırıb.

Onun sözlərinə görə, sərhədləri effektiv şəkildə qorumaq üçün Ottava Konvensiyasından imtina etmək lazımdır. 

Qeyd edək ki, Polşa Ottava konvensiyasının üzvlərindən biridir. 1999-cu ilin martında beynəlxalq hüquqi qüvvəyə malik Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Üzv dövlətlər konvensiyaya daxil olduqdan sonra 10 il ərzində mövcud minaları da məhv etməlidirlər. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026