• Bakı 18° C

    3.01 m/s

"Prezident dedi ki, sən üçotaqlı evdə yaşamalısan" - Cavan Zeynallı

MƏDƏNİYYƏT

21 Noyabr 2022 | 14:05

"Prezident dedi ki, sən üçotaqlı evdə yaşamalısan" - Cavan Zeynallı

"Birotaqlı evdə yaşayırdıq. Atam başqa evə köçdü, mən də onun yanına getdim və anam qaldı öz evimizdə. Atam məktəb direktoru idi, evə gec gəlirdi. Anam da danışırdı, və belə oldu, öz işləridir. Atama Hüsü Hacıyev küçəsində ikiotaqlı ev bağışladılar. Orada üçümüz yaşadıq. Əslində isə həmin ev iki otaqlı deyildi. Çünki bir otaq mətbəx idi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Elgizlə izlə" proqramında deyib. İfaçı ölkə başçısı İlham Əliyevin ona bağışladığı evdən danışıb:

"Prezident soruşdu ki, "Neçə otaqlı evdə yaşayırsan?”. Cavab verdim ki, ikiotaqlı evdə. Dedi ki, sənin kimi insan üçotaqlı evdə yaşamalıdır və mənə mənzil bağışla".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026