• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Putin bu ölkəyə xəbərdarlıq etdi

DÜNYA

27 Oktyabr 2022 | 22:04 | Müəllif: Subhan Mahmudov

Putin bu ölkəyə xəbərdarlıq etdi

Seulun Ukraynaya silah və sursat tədarükü ilə bağlı qərarı Rusiya və Koreya respublikası arasında əlaqələrə dağıdıcı təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı deyib.

“Bizim Koreya ilə çox xoş əlaqələrimiz var. Və biz hər zaman həm Cənubi Koreya, həm də Koreya Xalq Demokratik Respublikası ilə dialoq aparmaq imkanında olmuşuq. Ancaq indi bizə bəllidir ki, Koreya Respublikası Ukraynaya silah və sursat tədarükü haqda qərar qəbul edib. Bu, əlaqələrə dağıdıcı təsir edəcək”, - Putin bildirib.

Putin Seula bunun cavabı olacaq addımı da xatırladıb:

"Bəs Koreya Respublikası bizim Şimali Koreya ilə nüvə sahəsində əməkdaşlığı bərpa etməyimizə necə reaksiya verəcək?"

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR