Rusiya fövqəladə hallar nazirinin birinci müavini general-polkovniki Aleksandr Çupriyan müvəqqəti olaraq bu qurumun rəhbəri vəzifəsini icra edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qeyd edək ki, sentyabrın 8-də Rusiya fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev Norilskdə rejissor Aleksandr Melniki xilas edərkən həlak olub.(axar.az)
















