• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nigeriyada silahlıların hücumu zamanı onlarla insan öldürüldü

DÜNYA

10 Oktyabr 2021 | 19:23

Nigeriyada silahlıların hücumu zamanı onlarla insan öldürüldü

Naməlum silahlı quldurlar Nigeriyanın Sokoto əyalətindəki bazara hücum edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli “Vanguard” qəzeti yazıb.

Qəzetin məlumatına görə, hücum edənlərin sayı təxminən 200 nəfər olub. Onlar motosikletlərlə bazara girərək satıcıları qorxutmaq üçün atəş açıblar.

"Silahlı şəxslər Sokoto əyalətində həftəlik Mailal bazarına hücum ediblər. Onlar atəş açaraq, azı 20 nəfəri öldürüblər, habelə çoxlu sayda insan yaralanıb", - qəzet qeyd edib.

Şahidlərin sözlərinə görə, quldurlar ərzaqları aparıblar, ərazidəki evlər yandırılıb.

“France Presse” agentliyi hadisə zamanı 19 nəfərin öldüyünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026