Şeyx Sabah Xalid əl-Həməd əs-Sabahın rəhbərlik etdiyi Küveyt hökuməti istefa məktubunu ölkənin əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl Qabas” qəzeti məlumat yayıb.
Məlumata görə, hökumətin iclası bir neçə dəqiqə əvvəl başa çatıb. Nazirlər ölkənin ali siyasi rəhbərliyinə istefa məktubu təqdim etmək qərarına gəliblər.
İcra hakimiyyətinin qərarının səbəbləri barədə məlumat verilmir.
Bəzi iddialara görə, istefa məktubu parlamentlə Nazirlər Kabineti, yəni gənc və yaşlı elita adlanan təbəqə arasında münasibətlərdə davam edən böhran fonunda qəbul edilib.(axar.az)















