• Bakı 18° C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Parlamentdə DAVA -Deputatlar əlbəyaxa oldular

DÜNYA

08 Dekabr 2021 | 13:59

Parlamentdə DAVA -Deputatlar əlbəyaxa oldular

Türkiyə Böyük Millət Məclisində Daxili İşlər Nazirliyinin 2022-ci il üzrə büdcəsi müzakirə edilərkən deputatlar arasında əlbəyaxa dava olub.

Bakıvaxtı.az-ın Türkiyənin NTV telekanalına istinadən məlumatına görə, Cümhuriyyət Xalq Partiyasından olan deputat Erkan Aydın kürsüdə çıxış edən zaman daxili işlər naziri Süleyman Soylu ona “saxtakarsan” deyib.

Nazirin atmacasını cavabsız qoymayan deputat, “Dediklərini olduğu kimi özünə qaytarıram”, - deyib.

CHP-li deputatın sözləri hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkillərinin narazılığına səbəb olub. Onlar kürsünün önünə gələrək E.Aydının çıxışını dayandırıblar.

Nəticədə mübahisə yaranıb. Daha sonra mübahisə yumruqlu davaya çevrilib.

Parlamentin iclasında fasilə yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR