• Bakı 23° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

BMT-nin Baş katibi təcrid edildi

DÜNYA

08 Dekabr 2021 | 09:30

BMT-nin Baş katibi təcrid edildi

BMT-nin Baş katibi Antonio Quterreş koronavirusa yoluxmuş şəxslə təmasda olduğundan özünütəcrid rejiminə keçib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Quterreş dekabrın 9-na qədər öz vəzifələrini evdən icra edəcək. Onun həmin gün növbəti dəfə koronavirus testi verəcəyi gözlənilir.

Baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Xak Quterreşdə koronavirusun heç bir əlamətinin olmadığını bildirib. Onun sözlərinə görə, Baş katibin ilk testi mənfi nəticə verib.

Qeyd edək ki, 72 yaşlı portuqaliyalı Antonio Quterreş 2017-ci ilin yanvarın 1-dən BMT-nin Baş katibi vəzifəsini icra edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026