Yaponiyada koronavirus infeksiyalarının altıncı dalğası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Toşio Nakaqava təşkilat həkimlərinin fikrinə əsasən bildirib.
"Biz hesab edirik ki, ölkə altıncı dalğaya qədəm qoyub" deyən T.Nakaqavanın sözlərinə görə, xüsusilə bu dəfə xəstəliklərin artım tempi son dərəcə yüksəkdir.
















