Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 134 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 295 505, ölənlərin sayı isə 15 174 nəfərə çatıb. Virusa yoluxanlardan 1 071 560 nəfərin sağaldığı bildirilib.
















