• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə ordusuna yeni "Bayraktar"lar VERİLDİ

DÜNYA

05 Fevral 2022 | 19:33 | Müəllif: Subhan Mahmudov

Türkiyə ordusuna yeni "Bayraktar"lar VERİLDİ

Türkiyənin Quru Qoşunlarına "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

Yeni PUA-lar ölkə daxilində yerli imkanlarla istehsal edilən CATS kameraları ilə təchiz edilib.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan ordusunun Türkiyə istehsalı PUA-larından uğurla istifadə etməsindən sonra Kanada Türkiyəyə kameraların ixracına qadağa qoyub. Bundan sonra Türkiyə yerli imkanlarla kamera istehsalına başlayıb.

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.(modern)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026