Ukraynanın Avropa Birliyinə üzvlük ərizəsi yaxın günlərdə müzakirə olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının sədri Şarl Mişel Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 28-də ölkəsinin AB-yə üzvlüyü ilə bağlı ərizəni imzalayıb. Martın 1-də Avropa Birliyi Parlamenti Ukraynaya üzvlüyə namizəd statusunu təsdiqləyib.
















