• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Podolyak: “Zelenski Kiyevi tərk etməyəcək”

DÜNYA

07 Mart 2022 | 18:27 | Müəllif: Subhan Mahmudov

Podolyak: “Zelenski Kiyevi tərk etməyəcək”

“Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi tərk etməyə hazırlaşmır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

“Zelenski Kiyevi tərk etməyəcək. O qorxmur. O hesab edir ki, ölkənin daxilində, qəlbində olmalıdır”, - deyə M.Podolyak bildirib.

O, həmçinin Volodimir Zelenskiyə qarşı hazırlanmış sui-qəsdlər barədə də danışıb. Bildirib ki, prezident əks-kəşfiyyatı mütəmadi olaraq vəziyyətə nəzarət edir.

M.Podolyakın sözlərinə görə, V.Zelenskiyə qarşı sui-qəsdlərin sayı iddia olunduğu kimi iki yox, daha çox olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR