• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Rusiya qırıcılarını Belarusa göndərdi

DÜNYA

05 Fevral 2022 | 21:33 | Müəllif: Subhan Mahmudov

Rusiya qırıcılarını Belarusa göndərdi

Su-25SM hücum təyyarələri birgə təlimlər üçün Belarusdakı hərbi hava bazalarına yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, heyət üzvləri daha sonra uçuş yollarını nəzərdən keçirərək uçuşa nəzarət qrupu ilə qarşılıqlı əlaqədə olacaq və onlara verilən tapşırıqları yerinə yetirəcək.

İttifaq dövlətinin müdaxilə gücünə dair yoxlamaların iki mərhələdə aparılacağı açıqlanıb. Fevralın 9-dək davam edəcək birinci mərhələdə qoşunlar qısa müddətdə Belarusa yeridiləcək, mühüm dövlət binalarının və hərbi obyektlərin, hava sərhədinin müdafiəsi və nəzarəti üçün tədbirlər görüləcək.

İkinci mərhələdə fevralın 10-20-də “Birlik Sabitliyi-2022” adlı birgə təlimin keçirilməsi planlaşdırılır. Təlim zamanı xaricdən gələn hücumun qarşısının alınması və dəf edilməsi, terrorla mübarizə və i̇ttifaq dövlətinin maraqlarının qorunması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi də gündəmdədir.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026