• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyada saxta içkidən ölənlərin sayı artır

DÜNYA

10 Oktyabr 2021 | 19:55

Rusiyada saxta içkidən ölənlərin sayı artır

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 34 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun aidiyyəti orqanları yerli səhiyyə idarəsi məlumat yayıb.

Bu gün yerli vaxtla saat 19:00-a olan məlumata görə, ümumilikdə 67 nəfər saxta içkidən zəhərlənib. Onlardan 34-ü ölüb, 24 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onların 11-nin vəziyyəti qənaətbəxşdir, 6 nəfər yaxın vaxtlarda evə buraxılacaq. Saxta alkoqollu içdikdən zəhərlənənlərin 2-nin vəziyyəti orta ağırdır, 7 nəfər ağır vəziyyətdədir. Məlumata görə, 9 nəfər ambulator müalicə edilib.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.

Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026