• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Qadın da qarşılıq verməlidir..." - Samirə Bağırova

CƏMİYYƏT

05 Mart 2024 | 23:56 | Müəllif: Subhan Mahmudov

"Qadın da qarşılıq verməlidir..." - Samirə Bağırova

"Hər bir şey qarşılıqlı olmalıdır. Qadın qədər kişi də diqqətə ehtiyac duyur. Burada məsələ cinsiyyətlə ölçülmür, insani dəyərlər önəm daşıyır. Qəribə də olsa, beynimizdə bölgüləri özümüz edirik ki, "filan şeyi kişi etməlidir, filan şeyləri qadın". Bu, anlaşılmaz yüklənmə bölgüsü, ayrı-seçkilik yaradır. Ümumilikdə, eqoist millətik..."

Bakıvaxtı.az bildirir ki, bu sözləri pravda.az-a açıqlamasında tanınmış psixoloq Samirə Bağırova 8 mart - Beynəlxalq Qadınlar Günü barədə müzakirələri şərh edərkən deyib. 

"Əgər cəmiyyətdə çoxluq eqoistlik təşkil edirsə və ölkədə tərbiyədə əsas rolu qadın daşıyırsa, deməli, eqoistlik qadınlardan yaranır. İllər öncə qadın-kişi bərabərliyi yox idi, qadınlar kimi kişilərin də bayramı var idi. İndi bərabərlik var, amma kişilər bayramı qeyd olunmur, eləcə də 2 fevral - Gənclər Günü kimsənin yadına düşmür. Alıb-verməyi təməl tərbiyədən, bağça və məktəb illərindən valideyn öyrətməlidir - cinsiyyət fərqi qoymadan. "O oğlandır", yaxud "o kişidir, etməlidir" deyə bir qayda yoxdur. İlk addım kişidən gəlməlidirsə, qadın da qarşılıq verməlidir. Bərabərlik tələb edən qadın, zəhmət çəkib bərabər davranmalıdır", - psixoloq bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026