• Bakı 12° C

    0.67 m/s

Qanunsuz saxlanılan odlu silahlar götürüldü - FOTO

CƏMİYYƏT

29 Yanvar 2024 | 19:39 | Müəllif: Subhan Mahmudov

Qanunsuz saxlanılan odlu silahlar götürüldü - FOTO

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi  və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları 6 tüfəng aşkarlanaraq götürülüb.

Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində isə 1 odlu silah könüllü olaraq polisə təhvil verilib.


Qanunsuz saxlanılan odlu silahlar götürüldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026