• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

28 Fevral 2024 | 19:32

Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı ilə bağlı AÇIQLAMA

AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarında martın 6-a qədər abadlaşdırma işləri həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. 

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlamışdır.

Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur", - deyə məlumatda qeyd olunur. 


SON XƏBƏRLƏR

26 Iyul 2024