• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Əgər qollarınızda və ayaqlarınızda iflic hiss edirsinizsə...

CƏMİYYƏT

28 Fevral 2024 | 18:00

Əgər qollarınızda və ayaqlarınızda iflic hiss edirsinizsə...

Hipertansif böhran zamanı insan ayaqları və qolları iflic olmuş kimi hiss edə bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu baş həkim Lev Averbax deyib.

Onun sözlərinə görə, əgər qollarınızda və ayaqlarınızda iflic hiss edirsinizsə, təcili yardıma müraciət etməlisiniz:

"Həkimlər xəstəlik tarixçəsi, şikayətlər, nitq və digər xarici əlamətlər əsasında bunun həqiqətən iflic olub-olmadığını tez bir zamanda müəyyən edə biləcəklər. Problem hipertansif böhrandırsa, təcili yardım işçiləri qan təzyiqinizi aşağı salmağa kömək edəcəklər".

Averbax qeyd edir ki, vaxtında kömək axtarmaq və həkimlərin göstərişlərini diqqətlə yerinə yetirmək, bütün təyin edilmiş dərmanları qəbul etmək lazımdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024