• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qara dəlikərin sayı ehtimal olunandan daha çox imiş

CƏMİYYƏT

21 Yanvar 2022 | 16:02 | Müəllif: Qalib İbrahimoğlu

Qara dəlikərin sayı ehtimal olunandan daha çox imiş

Alimlər massiv ulduzların ömrünün sonunda yaranan, kütlələri bir neçə yüz Günəş kütləsi arasında olan qara dəliklərin sayı haqqında yeni elmi tədqiqatlar aparıblar.

Bu barədə Bakıvaxtı.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, professor Andrea Lapi və Lumen Bokonun rəhbərliyi ilə SİSSA-da bu mövzu üzərində çalışan alimlərin müasir astrofizika və kosmologiyada ən aktual məsələlərdən biri olan qara dəliklərin sayı ilə bağlı  "The  Astrophysical Journal"da məqaləsi dərc olunub. Yeni dərc olunmuş seriyanın ilk məqaləsində müəlliflər qara dəliklərin demoqrafik göstəricilərini araşdırıblar. Son nəzəriyyələrdə Kainatın ümumi adi (barionik) maddəsinin təxminən 1%-nin qara dəliklərə aid olduğu hesab olunurdu. Lakin yeni araşdırmalara görə hazırda müşahidə oluna bilən Kainatdakı qara dəliklərin sayının təxminən 40x1018 olduğu aşkar edilib.  

Müəlliflər bildiriblər ki, bu mühüm nəticə SISSA-nın əməkdaşı Dr. Mario Spera tərəfindən hazırlanmış ən müasir ulduz və qoşa sistemlərin təkamülünü birləşdirən SEVN kodu vasitəsilə uyğun tədqiqatlar üçün orijinal yanaşma sayəsində əldə edilib. Hesablamalar üçün qalaktikaların uyğun fiziki parametrləri, ulduzəmələgəlmə prosesinin tempi, ulduz kütləsinin miqdarı, ulduzlararası mühitin metallikliyi nəzərə alınaraq qara dəliklərin sayı və bütün Kainat boyunca necə paylanmasını almışlar.

Aleks Sisiliyanın sözlərinə görə bu kosmologiya tarixində qara dəliklərin kütləsinin ilk və ən güvənli üsulla hesablanmış qiymətidir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026