• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Qarabağ” “Zirə”ni məğlub etdi

İDMAN

01 Sentyabr 2024 | 22:56 | Müəllif: Gülşən Şərif

“Qarabağ” “Zirə”ni məğlub etdi

 Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, son oyun günündə bir oyun baş tutub.

Günün yeganə oyunu “Zirə” ilə çempion “Qarabağ” arasında keçirilib. Ağdam klubu səfərdən inamlı qələbə ilə qayıdıb.

Xatırladaq ki, bu turun əvvəlki oyunlarında “Turan Tovuz” – “Səbail”i 1:0 hesabıyla məğlub yola salıb. “Sumqayıt” evdə “Araz-Naxçıvan”a (0:1), “Kəpəz” “Sabah”a (2:3) uduzub. “Şamaxı” – “Neftçi” matçı isə qolsuz bitib – 0:0.

Premyer Liqa
5-ci tur
1 sentyabr

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 40 – Toral Bayramov, 18. Emmanuel Addai, 33. Abdullah Zubir, 88.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 20:45.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026