• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qaxda avtomobil ağaca çırpıldı: xəsarət alan var

HADİSƏ

19 Mart 2024 | 12:50

Qaxda avtomobil ağaca çırpıldı: xəsarət alan var

Qaxda minik avtomobili ağaca çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Azsamant” markalı minik avtomobili arxa şinin partlaması səbəbindən idarəetməni itirib. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş - rayonun Qaysarlı kənd sakinləri olan 1980-cı il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024