• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qaxda Bakı sakinini avtomobil vurdu

HADİSƏ

29 Iyun 2023 | 18:15

Qaxda Bakı sakinini avtomobil vurdu

Qaxda Bakı şəhər sakinini avtomobil vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.

İbadət Nağıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Bakı şəhər Xətai rayon sakini Elnur Məhərrəm oğlu Məhyəddinovu vurub.

Hadisə zamanı kəllə-beyn travması alan E.Məhyəddinov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026