• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzaya düşən şəxs xəstəxanada öldü

HADİSƏ

29 Iyul 2023 | 10:39

Qəzaya düşən şəxs xəstəxanada öldü

Bu gecə Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alan iki nəfərdən biri ölüb.

Bakıvaxtı.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Sərxoş Quliyev yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə motosikleti vurub.

Nəticədə motosikletin sürücüsü, rayonun Nərimankənd kənd sakini, 1969-cu il təvəllüdlü Sərxoş Quliyev və 2007-ci il təvəllüdlü sərnişini Rəsul Quluzadə bədən xəsarətləri alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR