• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Lənkəranda "ASAN xidmət"in əməkdaşının avtomobili yanıb - VİDEO

HADİSƏ

28 Iyul 2023 | 19:51 | Müəllif: Subhan Mahmudov

Lənkəranda "ASAN xidmət"in əməkdaşının avtomobili yanıb - VİDEO

Lənkəran rayonunda "ASAN xidmət"in əməkdaşının avtomobili yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus "Azsamand" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə hisssəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mehdiyev Azərbaycan Ordusunun giziri olub. O, 2015-ci ilin aprel ayında Tərtər rayonunun Qapanlı istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanıb. N.Mehdiyev 2018-ci ildən "ASAN xidmət"də çalışır. Hadisə də onun Lənkəranda işlə əlaqədar səyyar xidmətdən qayıdarkən baş verib./report


Lənkəranda "ASAN xidmət"in əməkdaşının avtomobili yanıb - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026