Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
1957-ci il təvəllüdlü Şahvələdov Haqverdi Allahyar oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.(apa)
















