• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Qətərdə ilk dəfə parlament seçkiləri keçiriləcək

DÜNYA

30 Iyul 2021 | 16:14

Qətərdə ilk dəfə parlament seçkiləri keçiriləcək

Qətər əmiri Şeyx Tamim bin Əhməd əl-Tani, dövlət tarixində ilk parlament seçkilərinin keçirilməsi haqqında qanunu təsdiqlədi.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ilin oktyabr ayında vətəndaşlar Şuranın 45 üzvündən 30-nu seçməli olacaqlar. Qalanlarının kral tərəfindən təyin olunması davam edəcək.

Qanuna görə, deputatların vəzifələri dəyişməz qalacaq. Hökümət siyasətini, büdcəni təsdiq etməli və icra hakimiyyəti üzərində parlament nəzarətini həyata keçirməli olacaqlar.

Dövlət ərazisi 30 seçki dairəsinə bölünəcək və hər biri məclisdə bir millət vəkili ilə təmsil olunacaq. 18 yaşından yuxarı vətəndaşlar səsvermə hüququna, 30 yaşdan yuxarı vətəndaşlar isə seçilmək hüququna malik olacaqlar.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026