Müğənni Ülviyyə Namazova növbəti açıqlaması ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, “Rəngarəng səhər” verilişində qonaq olan sənətçi onun ifasında daha da məşhurluq tapan “Qoşa çinarlar” mahnısından söz salıb.
Ülviyyə sözügedən mahnı ilə 700 min manatdan çox pul qazandığını etiraf edib:
“O mahnıdan qazancım bir milyon olmasa da, 700 mindən çoxdur. Həmin mahnı ilə evlər almışam. Biri Ağ şəhərdədir, biri “Vorovski”dədir... İsrail müəllim mənə icazə verdi, mən də o mahnını oxudum. Amma sonradan mənim haqqımda danışdı, qəlbimə dəydi. Efirdə mənim haqqımda qeyri-etik ifadələr işlətdi. Mən onun qızı yaşdayam. Mahnıya icazə verib, özbaşına oxumamışam. O, böyükdür, böyüklər bizə yol göstərməlidilər”.
Ziyafət Əlisoy
Bakı 




