• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qrip kimi başlayır: “Legionella” can almaqda davam edir

CƏMİYYƏT

31 Avqust 2023 | 17:12 | Müəllif: Qalib İbrahimoğlu

Qrip kimi başlayır: “Legionella” can almaqda davam edir

Polşada Legionella bakteriyası can almaqda davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bakteriyadan ölənlərin sayı 16-ya çatıb. Məlumata görə, epidemiya başlayandan bəri ölkə daxilində ən azı 155 yoluxmuş şəxs xəstəxanalara yerləşdirilib.
Ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.

Rzeszow Sağlamlıq Müfəttişliyinin rəhbəri Jaromir Slaczka verdiyi açıqlamada həyatını itirən 16 nəfərin hamısının vaxtilə digər xəstəliklərə görə müalicə aldığını bildirib.

Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi müalicə edilmədikdə tənəffüs və çoxlu orqan çatışmazlığına və ölümə səbəb ola bilər.

Ümumiyyətlə, süni su sistemlərində rast gəlinən Legionella bakteriyaları daha çox səmərəliliyi azaltmamaq üçün daha az dezinfeksiya edilən binalarda və otel, yataqxana, xəstəxana kimi bir çox insanın istifadə etdiyi binalarda görülür.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026