• Bakı C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Qrossi: BMT təşkilatın niyə yaradıldığını unudub

DÜNYA

15 Dekabr 2025 | 12:02

Qrossi: BMT təşkilatın niyə yaradıldığını unudub

Argentinanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyü Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi təşkilatın zəif fəaliyyət göstərdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qrossi İspaniyanın "El País" qəzetinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, BMT niyə yaradıldığını unudub.  

Qrossi qeyd edib ki, təşkilat müharibələrin qarşısını almaq, sülhü təmin etmək üçün yaradılıb: "Xəritədə müharibə ocaqlarını təhlil etsək, ortaq məxrəc BMT-nin faktiki olaraq mövcud olmamasıdır". 

MAQATE rəhbəri hesab edir ki, BMT "zəif fəaliyyət göstərir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

31 Yanvar 2026