“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmində baş məşqçinin uşaqlığını canlandıran rolun ifaçısının kimliyi maraq doğurub.
Bakıvaxtı.az xəbər verir ki, həmin rolun ifaçısı “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlovun oğlu Amin Adıgözəlovdur.
9 yaşlı A.Adıgözəlov, həm də “Sabah” klubunun aşağı yaş qruplarında futbol oynayır.
Qeyd edək ki, ötən gün baş tutan filmin təqdimatından sonra Q. Qurbanov klub prezidentinin oğlunu oynadığı rola görə təbrik edərək qucaqlayıb.