• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Rəqsanə İsmayılova Moskvada saxlanılıb? - AÇIQLAMA - YENİLƏNİB

CƏMİYYƏT

04 Aprel 2024 | 15:54 | Müəllif: Qalib İbrahimoğlu

Rəqsanə İsmayılova Moskvada saxlanılıb? - AÇIQLAMA - YENİLƏNİB

Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.

“Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm”, - R. İsmayılova videomüraciətində bildirib.

14:59

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

    Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Sentyabr 2026