• Bakı 24° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Reznikov bu vaxt istefa verəcəyini açıqladı

DÜNYA

16 Aprel 2023 | 19:21 | Müəllif: Subhan Mahmudov

Reznikov bu vaxt istefa verəcəyini açıqladı

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Ukrayna münaqişəsi başa çatdıqdan sonra istefaya gedəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “La Razon” məlumat yayıb .

“Biz qələbə gününü gözləyirik, çünki bu, mənə istefa ərizəmi imzalamağa və özəl sektora qayıtmağa imkan verəcək. Həyatımın bu mərhələsi çox, çox çətindir”, - deyən Reznikov onun və həyat yoldaşının istefasını arzuladığını vurğulayıb.

Nazirin sözlərinə görə, arvadı onun vəzifəsi ilə razılaşanda ağlayıb və o, bu vəzifəyə prezident Vladimir Zelenskinin xahişi ilə daxil olub .

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rusiya ilə münaqişə zamanı Ukrayna Silahlı Qüvvələrinin ölən əsgərlərinin sayını  açıqlayıb və bildirib ki, Ukrayna hərbçiləri arasında Türkiyədə baş verən zəlzələ zamanı qurbanların sayı daha az  olub .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026