• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ərdoğanla Devlet Bahçeli görüşəcək

DÜNYA

16 May 2023 | 14:46

Ərdoğanla Devlet Bahçeli görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli bu gün yerli vaxtla 17:00-da görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, onlar seçki nəticələrini müzakirə edəcək.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026