• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paytaxtda qarşıdurmada həlak olanların sayı MƏLUM OLDU

DÜNYA

16 May 2023 | 14:58

Paytaxtda qarşıdurmada həlak olanların sayı MƏLUM OLDU

Sudan həkimlərinin həmkarlar ittifaqı ölkədə baş verən qarşıdurmalarda ölənlərin sayının 822-yə yüksəldiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, “Toqquşmalar başlayandan mülki əhali arasında həlak olanların sayı 822 nəfərə çatıb”, - deyə bildirilir.

Aprelin 15-də Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə çatdığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatı silahlı münaqişə başlayandan bəri təxminən 200 min insanın Sudanı tərk etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026