• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Ronaldonun evində mətbəxi tapa bilmirdim” - Corcina

İDMAN

28 Yanvar 2022 | 14:22

“Ronaldonun evində mətbəxi tapa bilmirdim” - Corcina

“Netflix”də yayımlanan “Mən Corcinayam” serialında “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez maraqlı açıqlamalar verib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, portuqaliyalı futbolçu ilə yaşamağın çətin olduğunu bildirib:

“Kriştianu ilə görüş mənim həyatımı kökündən dəyişdi. Yanımda cazibədar şahzadə olmasını aruzlayırdım və onu tapdım. Kriştianunun sevgisi sayəsində xəyallarım reallaşdı”.

Corcina Ronaldonun evinə ilk dəfə gəldiyi anları xatırlayıb:

“Kriştianunun evinə ilk dəfə gələndə orada azdım, mətbəxi tapmaq çətin idi. Mətbəxi tapa bilmədiyim üçün geri qayıtmağım yarım saat çəkdi. Ev çox böyük idi. Uşaqlıqdan bəri kiçik bir mənzildə yaşayırdım”.

Xatırladaq ki, Ronaldo 2016-cı ildə ispan model Corcina Rodrigez ilə münasibət qurub və bir il sonra onların Alana Martina adlı qızı dünyaya gəlib. Onların övladının hazırda 4 yaşı var.


“Ronaldonun evində mətbəxi tapa bilmirdim” - Corcina“Ronaldonun evində mətbəxi tapa bilmirdim” - Corcina“Ronaldonun evində mətbəxi tapa bilmirdim” - Corcina“Ronaldonun evində mətbəxi tapa bilmirdim” - Corcina
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026