• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Rusiya bəyanata sadiqdir" - Sergey Lavrov

DÜNYA

08 Oktyabr 2022 | 14:08

"Rusiya bəyanata sadiqdir" - Sergey Lavrov

“Rusiya bu il yanvarın 3-də nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanatına sadiq qalır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə təsdiq edilmiş bu sənədə uyğun olaraq, nüvə silahına malik ölkələr arasında hər hansı silahlı münaqişənin qarşısını almaq lazımdır: “Rusiyanın müəyyən nəticələrlə üzləşəcəyi barədə səs-küylü bəyanatlara gəlincə, bu cür təhdid dili, təbii ki, qəbuledilməzdir. Onlarla bu mövzunu müzakirə etmək fikrində deyilik, çünki bunun faydasızlığı açıq-aydındır”.

Xatırladaq ki, bu il yanvarın 3-də Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa liderləri nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanat qəbul ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026