• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Rusiya ilə danışıqlar əvəzinə..."  - Podolyak

DÜNYA

10 Oktyabr 2022 | 10:39

"Rusiya ilə danışıqlar əvəzinə..." - Podolyak

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov və Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak ölkənin paytaxtı Kiyev şəhərində baş vermiş partlayışlara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, tviterdə yazıb ki, bu, Ukrayna xalqının cəsarətinə mane olmayacaq.

“Həmçinin müttəfiqlərimizin qətiyyəti də sarsılmayacaq. Qarşı tərəf ancaq öz ölkəsinin gələcəyini sarsıdır”, - müdafiə naziri vurğulayıb.

Bundan başqa, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak isə tviterdə paylaşımında bildirib ki, bu addım Rusiyanın döyüş meydanında mübarizə aparmaq iqtidarında olmadığını göstərir. Nazirin sözlərinə görə, qarşı tərəfin gücü ancaq mülki əhaliyə çatır.

"Rusiya ilə danışıqlar əvəzinə, bizə hava hücumundan müdafiə sistemləri, MLRS, daha uzun mənzilli silahlar lazımdır", - Podoloyak əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxt Kiyevdə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərində ard-arda partlayışlar baş verib. Rusiyanın həmin ərazilərə raket atdığı bildirilir. Məlumata görə, raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026