• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-dan şok tələb: Gizli şəkildə Rusiya ilə işləyin!

DÜNYA

09 Noyabr 2022 | 09:59 | Müəllif: Subhan Mahmudov

ABŞ-dan şok tələb: Gizli şəkildə Rusiya ilə işləyin!

ABŞ rəsmiləri gizli şəkildə iri banklardan bəzi Rusiya şirkətləri ilə işini davam etdirmələrini xahiş edirlər.

 Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin Xəzinədarlıq və Dövlət Departamenti şirkətləri "JPMorgan" və "Citigroup" də daxil olmaqla, sanksiyalardan qismən azad edilən bəzi Rusiya şirkətlərinə xidmət göstərməyə davam etməyə çağırır. Bunun motivinin qlobal iqtisadi böhran ehtimalını azaltmaq olduğu iddia edilir.

Məlumata görə, Rusiya şirkətləri arasında dövlətə məxsus qaz nəhəngi "Qazprom" və gübrə istehsalçısı "PAO Uralkali" də var:

"Rəsmilər banklardan firmalara ABŞ dolları ilə hesablaşmalar, pul köçürmələri və ticarətin maliyyələşdirilməsi təklifləri kimi əsas xidmətləri göstərməyə davam etməyi tələb edirlər", - məlumatda vurğulanıb.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026