• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Misirdə nadir mumiya portretləri tapılıb

DÜNYA

09 Dekabr 2022 | 01:33 | Müəllif: Qalib İbrahimoğlu

Misirdə nadir mumiya portretləri tapılıb

Arxeoloqlar Misirin Fayum bölgəsində nadir mumiya portretləri tapıblar.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, portretlər Ptolemey və Roma dövrünə aid olan Qerza arxeoloji məkanındakı qəbiristanlığın bir hissəsi olan katakomba üslubunda böyük yeraltı dəfn binasında tabutların üzərində tapılıb.

Mumiya portretləri ölülərin detallı rəsmləridir. “Antik-origins.net” saytındakı məqalədə bununla bağlı bildirilib ki, taxta üzərində çəkilən bu rəsmlər Misirin Yunan-Roma dövrünə - təxminən eramızdan əvvəl 1-ci əsrə aiddir (azərtac).

Qeyd edək ki, Misirdə ilk mumiya portretləri 115 il əvvəl ingilis arxeoloqu Flinders Petrie tərəfindən tapılıb.


Misirdə nadir mumiya portretləri tapılıbMisirdə nadir mumiya portretləri tapılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR