• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yunanıstan Türkiyə ilə sərhəd boyu hasar çəkəcək

DÜNYA

07 Yanvar 2023 | 21:47 | Müəllif: Subhan Mahmudov

Yunanıstan Türkiyə ilə sərhəd boyu hasar çəkəcək

Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunluğu boyu hasar çəkəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə naziri Takis Teodorikakos bildirib.

“Xarici işlər və müdafiə üzrə Hökumət Şurası Evros çayının bütün uzunluğu boyunca, yəni Yunanıstan və Avropanın Türkiyə ilə sərhədlərində hasar çəkmək barədə qərar qəbul edib. Mülki Müdafiə Nazirliyi bu qərarı həyata keçirməyə borcludur. Onun ümumi uzunluğu 140 km-dir”, - deyə o qeyd edib.

Teodorikakos hasarın ilk 35 km-nin tikintisinə dərhal başlanacağını vurğulayıb. Bunun üçün Yunanıstan hökumətinin 100 milyon avro ayırmağı planlaşdırdığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026