Meksikanın Qvadalaxara şəhərində iki oğru velosiped oğurlamaq üçün ağlasığmaz üsula əl atıb.
Bakıvaxtı.az xəbər verir ki, oğrulardan biri velosipedi ilə yolda olan şəxsi vuraraq divara çırpıb.
Oğrular kişinin velosipedini və cibindəki əşyalarını oğurlayıblar, zərbədən huşunu itirən şəxs isə yerdə hərəkətsiz qalıb. Hadisə anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Vəhşi oğruların hadisədən sonra heç nə olmamış kimi hadisə yerini tərk etdikləri görülüb.
Polis izahat verib ki, görüntülər korlanıb və ətraf şəhərlər də daxil olmaqla qatillərin tutulması üçün araşdırmaya başlanılıb.
Divara dəyərək huşunu itirən velosipedçinin səhhəti ilə bağlı isə heç bir məlumat verilmir.
Aytac Aslan
















