• Bakı 25° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Rusiya Kiyevi yenə vurdu

DÜNYA

16 Mart 2022 | 12:15 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya Kiyevi yenə vurdu

Rusiya 21 gündür Ukraynaya hücumlarını davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidməti Rusiya ordusunun paytaxt Kiyevin Şevçenko rayonunda hücum həyata keçiridiyi barədə məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində 12 mərtəbəli binada olan 2 nəfər yaralanıb. Məlumata görə, ümumilikdə 37 nəfər binadan təxliyə edilib.

Hücumdan sonra başlayan yanğın söndürülüb.

Qeyd edək ki, ötən gün Rusiya ordusunun Kiyevdə hədəfə aldığı hücumda ən azı 4 nəfər həlak olub.

Ramid İbrahimov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026