• Bakı 23° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiyada 6 terrorçu məhv edildi

DÜNYA

03 Mart 2024 | 12:17 | Müəllif: Subhan Mahmudov

Rusiyada 6 terrorçu məhv edildi

Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində gecə saatlarında evlərdən birində məskunlaşan beş silahlı məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Antiterror əməliyyatının aktiv mərhələsinin dayandırıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki olmayıb.

Rusiyanın “İzvestiya” qəzeti isə əməliyyat nəticəsində 6 terrorçunun öldürüldüyünü yazıb.

Qeyd edək ki, dünən gecə Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə İŞİD üzvləri arasında atışma baş vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026