• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hakan Fidan NATO toplantısında iştirak edəcək

DÜNYA

02 Aprel 2024 | 11:44

Hakan Fidan NATO toplantısında iştirak edəcək

Türkiyə Xarici işlər naziri Hakan Fidan 3-4 aprel tarixlərində Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.

Bakıvaxtı.az TRT Haber-ə istinadən xəbər verir ki, toplantı zamanı XİN başçısının terrorla mübarizəni gündəmə gətirəcəyi və Türkiyənin PKK/YPG ilə mübarizə ilə bağlı fikirlərini çatdıracağı gözlənilir.  

İclasın gündəliyinə ümumi məsələlər, terrora qarşı mübarizə və Ukraynadakı hadisələrə yer veriləcək.

İsveç və Finlandiyanın üzvlüyündən sonra Alyansın son vəziyyəti və Vaşinqton Zirvəsinə hazırlıq məsələləri də gündəmdə olacaq.

Günəş Mərd

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR