Hindistan Rusiya əleyhinə sanksiyaların ölkəyə ziyanından şikayətlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Asiya respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar bildirib.
Avropa İttifaqı və G7 ölkələrinin Rusiya almazlarının idxalına mart ayından qüvvəyə minən sanksiyaları Hindistanın almaz sənayesinə zərbə vurub.
“Hindistan hökuməti Aİ və G7 ölkələrinin Rusiyadan kobud almaz idxalına qadağa qoyması nəticəsində yaranan problemin həllini prioritet hesab edir ki, bu da Hindistanın almaz kəsmə sənayesinə ziyan vurur”.
Caişankar bildirib ki, ölkə bu məsələ ilə bağlı kollektiv və ikitərəfli danışıqlar aparır.
Mina Mikayılova
















