Moskva vilayətində təlim zamanı qəzaya uğrayan "İL-112V" hərbi-təlim təyyarəsinin ekipaj komandiri Rusiya Qəhrəmanı olub.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, əməkdar pilot, Rusiya Qəhrəmanı Nikolay Kuimov "İL-112V" təyyarəsinin ekipaj komandiri olub.
Məlumatda həmçinin göyərtədəki bütün ekipaj üzvlərinin ödükləri qeyd olunub.
*** 13:07
Rusiyanın Moskva vilayətində "İL-112V" markalı hərbi-nəqliyyat təyyarəsi təlim zamanı qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rostex" dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı göyərtədə 3 nəfər olub.
"Onların taleyi dəqiqləşdirilir", - məlumatda qeyd olunub.
Qəzanın səbəbləri araşdırılır.
















