• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyada məktəbin damı çökdü

DÜNYA

11 Fevral 2024 | 20:01 | Müəllif: Subhan Mahmudov

Rusiyada məktəbin damı çökdü

Rusiyanın Orenburq vilayətinin Donskoy kənd məktəbinin idman zalının damı uçub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə region üzrə İstintaq İdarəsi məlumat yayıb.

“Bazar günü Krasnoqvardeysk rayonunun Donskoy kəndində yerləşən Krasnoqvardeyskaya gimnaziyasının binasının təmiri zamanı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində idman zalında tavan plitələri uçub. Xəsarət alan olmayıb”, - məlumatda deyilir.

İlkin versiyaya görə, dam örtüyü son vaxtlar Orenburq vilayətində yağan güclü qarın ağırlığı altında çöküb.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi (“Səhlənkarlıq”) ilə cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026