• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü

HADİSƏ

25 Dekabr 2021 | 11:15 | Müəllif: Subhan Mahmudov

Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü

Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.

Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.

İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026