• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ruslar Ermənistanda təlimlər keçdi

DÜNYA

27 Aprel 2023 | 10:20

Ruslar Ermənistanda təlimlər keçdi

Ermənistandakı Rusiya qoşunlarının bölmələri “Alagəz” poliqonlarında təlimlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin mütəxəssisləri poliqonun yüksək dağlıq ərazilərində təlimlər keçirərək müxtəlif kəşfiyyat əməliyyatları həyata keçiriblər.

Təlimlər zamanı şəxsi heyətin nümayəndələri zəhərli maddələrin şərti məruz qaldığı yerlərdən təxliyə edilib və onlara ilkin tibbi yardım göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026